"Liverpul" və "Çelsi" Super Kubokun sahibini müəyyənləşdirəcək

Liverpul və Çelsi Super Kubokun sahibini müəyyənləşdirəcək
İdman 620
Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.BAKU.WS xəbər verir ki, "Vodafone Park"da İngiltərənin iki təmsilçisi - "Liverpul" və "Çelsi" komandaları üz-üzə gələcək.İngilis klubların final qarşılaşmasını ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.Qeyd edək ki, bugünkü matç İngiltərə klublarının iştirakı ilə ilk Superkubok kimi tarixə düşəcək. "Dumanlı Albion" təmsilçilərindən son olaraq, "Liverpul" 2005-ci ildə bu kuboka yiyələnib. "Qırmızılar"ın ümumilikdə 3, "zadəganlar"da isə 1 belə titulu var.14 avqustUEFA Super Kuboku23:00. "Liverpul" (İngiltərə) - "Çelsi" (İngiltərə)Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)VAR hakimi: Kleman Türpen (Fransa)"Vodafone Park", İstanbul (Türkiyə).

Oxşar xəbərlər

Son xəbərlər