ÇL-də ən yaxşı futbolçu adına namizədlər açıqlanıb
09
avq
2019
20:15
UEFA Çempionlar Liqasında mövqelər üzrə 2018/2019 mövsümü üçün ən yaxşı futbolçu adına namizədləri açıqlayıb.BAKU.WS-in məlumatına görə, siyahıda ən çox yarışın qalibi - "Liverpul"un oyunçuları yer alıb. İngiltərə təmsilçisinin 5 üzvü ən yaxşı seçilməyə iddialıdır.Qapıçılar: Alisson Beker ("Liverpul", İngiltərə), Uqo Lyoris ("Tottenhem", İngiltərə), Mark-Andre ter Ştegen ("Barselona", İspaniya)Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil Vvn Deyk (hər ikisi "Liverpul", İngiltərə) Matteys de Liqt ("Ayaks", Hollandiya / "Yuventus", İtaliya)Yarımmüdafiəçilər: Frenki de Yonq ("Ayaks", Hollandiya / "Barselona", İspaniya), Kristian Eriksen (Tottenhem, İngiltərə), Cordan Henderson ("Liverpul", İngiltərə)Hücumçular: Sadio Mane ("Liverpul", İngiltərə), Lionel Messi ("Barselona", İspaniya), Kriştianu Ronaldu ("Yuventus", İtaliya)Qeyd edək ki, mövqelər üzrə ən yaxşı oyunçular avqustun 29-da Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
Oxşar xəbərlər
Çempionlar Liqasının yeni topunu təqdim edilib
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında istifadə ediləcək rəsmi topu təqdim edib.“Report” qurumun “facebook” səhifəsinə istinadən xəbər veri...