“Liverpul” evində “Roma”nı "topa tutdu" - 5:2 (VİDEO)

“Liverpul” evində “Roma”nı topa tutdu - 5:2 (VİDEO)
Video
İdman 1202
Çempionlar Liqasında (ÇL) yarımfinalın ilk qarşılaşması baş tutub. BAKU.WS-in məlumatına görə, “Liverpul”la doğma meydançasında “Roma”nı qonaq edib. Oyuna yaxşı başlayan ev sahibi italyanların qapısından birinci hissədə 2 top keçirib. İkinci hissədə də meydançada "Liverpul" küləyi əsib. Daha 3 qol vuran ingilislər hesabı 5:0 etməyi bacarıb. 80-ci dəqiqədə qonaqlar hesabı 5:1 edib. "Roma"nın ikinci qolu isə 85-ci dəqiqədə penaltidə vurulub. Matça "Liverpul"un ulduzu Salah damğa vurub. 25 yaşlı futbolçu 2 qol və 2 məhsuldar ötürmə ilə qarşılaşmada önə çıxan isim olub. ŞahinBAKU.WS

Son xəbərlər