"Real" PSJ-ni məyus etdi, "Liverpul" isə "Portu"nu "topa tutdu" (VİDEO)
15
fev
2018
08:37
Çempionlar Liqasında "Real Madrid" və PSJ arasında ilk oyun baş tutub. BAKU.WS-in məlumatına görə, "Santiaqo Bernabeu" stadionunda fransız klubunu qonaq edən "Kral klubu" qələbə qazanıb. Adrien Rabiot qarşılaşmanın 33-cü dəqiqəsində qonaq komandanı hesabda önə çıxarıb. "Real"ın cavab qolu isə 45-ci dəqiqədə gəlib. Hakimin təyin etdiyi penaltini qola çevirən Ronaldo hesabı bərabərləşdirib. "Real Madrid"in növbəti qolu 83-cü dəqiqədə Ronaldodan, üçüncü qolu isə 87-ci dəqiqədə Marselodan gəlib. Beləliklə ispanlar meydançadan 3-1 hesablı qalibiyyətlə ayrılıb. Ronaldo ilk qolu vurmaqla daha bir tarixi nəticəyə imza atıb. O, Çempionlar Liqasında "Real" forması ilə yüzüncü qoluna imza atıb.
Oxşar xəbərlər
"Tottenhem" "Yuventus"a məğlubiyyətdən xilas oldu, "MS" "Bazel"i darmadağın etdi (VİDEO)
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə iki görüş keçirilib. Əsas diqqətlər Turinə yönəlib. Burada ÇL-in son finalçısı...