"Legiya" "Qarabağ"ın yarımmüdafiəçisini transfer etmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Varşava təmsilçisi kabo-verdeli oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
İddiaya görə, Ağdam klubu da bu keçidin gerçəkləşməsində maraqlıdır. "Köhlən atlar"ın 28 yaşlı futbolçu üçün "Legiya"dan rəsmi təklif gözlədiyi bildirilib.
Qeyd edək ki, Patrik Andrade 2020-ci ilin yayından "Qarabağ"ın formasını geyinir. O, cari mövsümdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Polşa millisinin sabiq futbolçusu: "Mahir Emrelinin özünəinamı azalıb"
"Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb". BAKU.WS "Report"a istinadən xəbər verir ki,...