Leandro Andrade "Qarabağ"da 60-cı qolunu vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Leandro Andrade "Qarabağ"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.
BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXX turunun "Turan Tovuz"la ev qarşılaşmasına (2:1) təsadüf edib.
L.Andrade 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.
Qeyd edək ki, Leandro Andrade "Qarabağ"da ilk qolunu 2022-ci aprelin 2-də "Səbail"lə (5:1) çempionat görüşündə vurub.
Oxşar xəbərlər
"Neftçi" "Kəpəz"ə qalib gəlib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, turun ikinci qarşılaşmasında "Neftçi" doğma meydanda...