Lamiyə Vəliyeva: Hisslərimi sözlə ifadə etmək çətindir
Yeniliklərdən dərhal xəbərdar olun
Tokiodakı nəticəmi təkrarladığımı görə çox sevinirəm.
"Report" xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanmış Azərbaycan idmançısı Lamiyə Vəliyeva jurnalistlərə açıqlamasında söyləyib.
O, qazandığı uğura görə xoşbəxt olduğunu bildirib: "Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə və Paralimpiya Komitəsinə təşəkkür edirəm. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi", - o vurğulayıb.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb. BAKU.WS report-a istinadən xəbər ver...