"KuPS"un baş məçqçisi Miika Nuutinen: "Düşünürəm ki, "Sabah"la matçda bəxtimiz gətirdi"
"KuPS" (Finlandiya) komandasının "Sabah"la matçda bəxti gətirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "KuPS"un baş məçqçisi Miika Nuutinen "Sabah"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. "Sabah" topla çox yaxşı oynayırdı. Onlar bir neçə qol epizodu əldə etdilər. Düşünürəm ki, növbəti mərhələyə yüksəlmək üçün şansımız var. 1 həftə sonra doğma meydanda ən yüksək oyunlarımızdan birini keçirəcəyik. Demək olar ki, bu gün bəxtimiz gətirdi. Hesab daha da böyük ola bilərdi".
O, cavab oyunu öncəsi hazırkı nəticənin "KuPS" üçün normal olduğunu bildirib:
"Cavab qarşılaşması üçün 0:1 hesablı məğlubiyyəti normal hesab etmək olar. Meydanda vaxtı öldürməyə çalışmamışıq. Hazırkı istəyimiz cavab görüşündə yaxşı nəticə əldə edərək mərhələ adlamaq olacaq. Heyətimizdə yaxşı futbolçular var".
Qeyd edək ki, "Sabah" - "KuPS" matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Valdas Dambrauskas: "KuPS"la matçda qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Finlandiya təmsilçisi "KuPS"la matçda qol fürsətlərini boşa xərclədikləri üçün məyusdur. BAKU.WS "Report"a istinadən x...