Kubok qazansa da işdən çıxarıldı
"Tottenhem"in baş məşqçisi Ancelos Postekoqlou klubun Avropa Liqasının finalında qazandığı tarixi qələbəyə baxmayaraq, postunu tərk edib.
BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, klub bu mövsüm Premyer Liqanı tarixində ən pis nəticəsini göstərərək, 17-ci yerdə – aşağı liqadan cəmi bir pillə yuxarıda başa vurub.
Qeyd edək ki, Postekoqlou 2023-cü ilin yayında "Tottenhem"in başına keçib. Onun rəhbərliyi altında komanda "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edərək 1984-cü ildən sonra ilk dəfə avrokuboklara yiyələnib. Bundan başqa, londonlular növbəti Çempionlar Liqasında iştirakını təmin ediblər.
Oxşar xəbərlər
Benzema Fransa millisinə geri qayıda bilər
Fransa millisinin sabiq hücumçusu Kərim Benzema 2026-cı il dünya çempionatından əvvəl milli komandaya qayıtma ehtimalını istisna etməyib. BAKU.WS-in məlumatına...