Kriştiano Ronaldoya dron şou ilə təşəkkür etdilər

Kriştiano Ronaldoya dron şou ilə təşəkkür etdilər
Video
İdman 84

Məşhur futbolçu Kriştiano Ronaldonun Portuqaliya milli komandası ilə çıxdığı son oyun, onun doğulduğu vətənində unudulmaz bir vizual şou ilə qeyd edilib.

BAKU.WS xəbər verir ki, ulduz futbolçunun dünyaya göz açdığı yerin sakinləri və Ronaldonun pərəstişkarları onu xüsusi şəkildə uğurladılar.

Funşal şəhərinin səmasına qalxan yüzlərlə dron, gecəni işıqlandıraraq Ronaldonun karyerasındakı ikonik anları və milli forma ilə qazandığı uğurları göy üzündə canlandırıb.

Yerli əhali üçün böyük emosional yük daşıyan bu tədbir, dünyanın ən çox qol vuran oyunçusuna göstərilən ən böyük ehtiram nümunələrindən biri kimi tarixə düşüb.

Ronaldo maderalılar üçün sadəcə bir futbolçu deyil, həm də adanın dünyaya tanıdılmasında müstəsna rolu olan bir şəxsiyyət kimi qəbul edilir.

Sözügedən dronşoudan görüntülər təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər