Kriştiano Ronaldo dünya çempionatı ilə vidalaşıb
Futbol üzrə dünya çempionatında İspaniya Portuqaliyanı məğlub edib.
BAKU.WS xəbər verir ki, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında ispanlar minimal hesablı qələbəyə sevinib - 1:0.
Matçda 90+1-ci dəqiqədə Mikel Merino dəqiq zərbə müəllifi olub.
Bu qələbədən sonra 1/4 finala yüksələn İspaniyanın növbəti rəqibi ABŞ - Belçika cütünün qalibi olacaq.
Qeyd edək ki, Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo oyun öncəsi bunun karyerasındakı son dünya çempionatı olduğunu bildirib. 41 yaşlı hücumçunun mundial karyerası DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra başa çatıb.
Portuqaliyalı futbolçu dünya çempionatlarında ümumilikdə 30 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib. O, mundiallarda 6 müxtəlif turnirdə meydana çıxan ilk futbolçu kimi tarixə düşüb. Ronaldo Portuqaliya millisinin heyətində indiyədək 226 oyun keçirib, 142 qol vurub və yığmanın tarixinin ən çox oyun keçirən, həmçinin ən çox qol vuran futbolçusudur.
Oxşar xəbərlər
Messinin göz yaşlarının arxasında nə dayanır?
DÇ-2026-nın 1/8 finalında Misiri dramatik şəkildə 3:2 hesabı ilə məğlub edən Argentina millisi növbəti mərhələyə yüksəlib. Qarşılaşmadan sonra diqqət mərkəzind...