Konor Makqreqor qadına təcavüzdə ittiham olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Sabiq UFC çempionu Konor Makqreqor qadına təcavüz etməkdə ittiham olunub.
BAKU.WS xəbər verir ki, bu barədə TMZ Sports portalı məlumat yayıb.
Belə ki, insident iyunun 9-da, Milli Basketbol Assosiasiyasının (NBA) Mayamidə "Mayami" - "Denver" komandaları arasında keçirilən final mərhələsinin 4-cü oyunu zamanı baş verib.
İrlandiyalı döyüşçünün zərərçəkəni mühafizəçilərinin köməyi ilə basketbolçuların istifadəsi üçün nəzərdə tutulan tualetə saldığı və cinsi təcavüzə cəhd etdiyi iddia olunur.
Lakin qadın dirsəyi ilə onu qarın nahiyəsinə zərbə endirərək oradan uzaqlaşa bilib.
Qadın ertəsi gün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb.
Mənbə qeyd edir ki, Makqreqorun nümayəndələri iddiaların yalan olduğunu bildiriblər.
Oxşar xəbərlər
Makqreqor həbs olunur - SƏBƏB
İrlandiyalı ikiqat UFC çempionu Konor Makqreqor zorakılığa görə həbs oluna bilər. BAKU.WS-in xəbərinə görə, bu barədə "Sportskeeda" məlumat yayıb. Mənbə bildiri...