Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi

Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi
İdman 16

Fransada futbol üzrə milli komandanın ulduz hücumçusu Kilian Mbappeni oğurlamağı planlaşdıran 18 yaşlı gənc həbs edilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Touchline" nəşri sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs tək olmayıb və onun əlbirləri də olub. Cinayətkar qrup bir neçə tanınmış şəxsi qaçırmağı hədəfləyibmiş.

Qeyd edək ki, Mbappe 2026-cı il dünya çempionatının üçüncü yeri uğrunda İngiltərə yığmasına qarşı keçirilən matçda iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da, hücumçunun dünya çempionatlarındakı qollarının sayı 22-yə çatıb. O, Lionel Messini (21 qol) geridə qoyaraq, futbol üzrə dünya çempionatları tarixinin mütləq bombardiri adını qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər