"Keşlə" "Qəbələ"ni məğlub etdi

Keşlə Qəbələni məğlub etdi
İdman 100

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, turun ilk matçında "Keşlə" "Qəbələ"ni qəbul edib. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel "Qəbələ"ni önə keçirib. 41-ci dəqiqədə Sezar Meza Kolli tarazlığı bərpa edib. 75-ci dəqiqədə Asif Məmmədov avtoqol müəllifi olub. 90-cı dəqiqədə isə Silvio Rodriqes oyunda son nöqtəni qoyub.

"Keşlə" qələbə sayəsində xallarının sayını 12-ə yüksəldib və 5-ci sıradakı yerini möhkəmləndirib. Əyalət təmsilçisi isə 8 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, günün digər matçında "Səbail" "Sumqayıt"ı qəbul edəcək. IX tura noyabrın 8-də keçiriləcək "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" matçları ilə yekun vurulacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...

973 İdman 22:04 17 sentyabr 2020

Son xəbərlər