Kerem Aktürkoğlundan "Fənərbağça" azarkeşlərinə ŞAD XƏBƏR
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə "Feyenoord"a 2:1 hesabı ilə uduzan "Fənərbağça" Kerem Aktürkoğlunun transferini gözləyir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı-ağlar" 22 milyon avro + 3 milyon avroya "hə" deməyə hazırlaşır.
Portuqaliya komandası Nitsada səfərdə 2:0 hesablı qələbə qazanaraq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə yolunda böyük addım atıb. Bildirilib ki, "Benfika" Kərəmin satışından əldə olunan gəliri UEFA-ya növbəti heyəti təqdim etməzdən əvvəl yeni cinah oyunçusu almaq üçün istifadə etməyi planlaşdırır.
"Fənərbağça" Portuqaliya klubundan müsbət cavab alan Kerem Aktürkoğlunu dərhal şəxsi təyyarə ilə İstanbula uçduracaq və onunla 4 illik müqavilə imzalayacaq.
Rəhbərliyin məqsədi Super Liqanın ikinci həftəsində "Göztepe" ilə qarşılaşmada oyunçunun iştirakını təmin etməkdir. Kanaryalar Kərəmin transferi ilə bağlı uğurlu nəticəyə çox yaxındırlar.
Oxşar xəbərlər
Ferstappen Sinqapur Qran-prisinin qalibi olub
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının Sinqapur Qran-prisində birinci yeri tutub. BAKU.WS xəbər verir k...