Kerem Aktürkoğlu rəsmi olaraq "Benfika"da
"Qalatasaray"ın və Türkiyə millisinin oyunçusu Kerem Aktürkoğlu Portuqaliyanın "Benfika" komandasına transfer olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Portuqaliya komandası məlumat yayıb.
"Benfika"dan verilən açıqlamaya görə, 25 yaşlı futbolçu gecə saatlarında Lissabona yollanıb və 5 illik müqavilə imzalayıb.
Kerem Aktürkoğlu 2029-cu ilə qədər "Benfika"nın formasını geyinəcək.
"Benfika"nın Kerem Aktürkoğlu üçün "Qalatasaray"a 11 milyon avro təklif etdiyi bildirilib.
Xatırladaq ki, "Ərzincanspor"dan heyətinə qatdığı Kerem Aktürkoğlu sarı-qırmızılı forma ilə 179 matçda forma geyinib. Kerem Aktürkoğlu bu matçlarda 46 qol vurub və 42 məhsuldar ötürmə edib.
Qalereya
Oxşar xəbərlər
AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı
AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. BAKU.WS xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yar...