"Kəpəz" səfərdə azlıqda qalan "Şamaxı"ya məğlub oldu

Kəpəz səfərdə azlıqda qalan Şamaxıya məğlub oldu
İdman 38

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXI turun son oyun günündə "Şamaxı" və "Kəpəz" komandaları üz-üzə gəlib.

BAKU.WS telegraf.com-a istinadən xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsilə yekunlaşıb-2:1.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada ilk qolu meydan sahiblərinlərinin futbolçusu Alfons Msanqa vurub. 35-ci dəqiqədə Lusi Paçu hesabı bərabərləşdirib. 67-ci dəqiqədə isə Brahim Konate fərqlənərək "Şamaxı"nı hesabda önə çıxarıb.

Matçın 85-ci dəqiqəsində meydan sahiblərinin braziliyalı futbolçusu Maykl Tuik qonaqların oyunçusu Dioqo Verdaskaya qarşı ikinci dəfə kobud hərəkət etdiyi üçün ikinci sarı vərəqə, yəni "qırmızı" alaraq komandasını azlıqda qoyub.

Bu nəticədən sonra Ayxan Abbasovun kpmandası xallarının sayını 34-ə çatdıraraq 6-cı pillədə yer alan "Neftçi" ilə fərqi minimuma endirib. Azər Bağırovun kollektivi isə 28 xalla 9-cu pillədəki yerini dəyişməz saxlayıb.

Qeyd edək ki, turun son görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Zirə Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Oxşar xəbərlər

Türkiyə Superliqasında hərəkətli yay: 383 transfer, 327 milyon avro xərc

Türkiyə Superliqasında hərəkətli yay: 383 transfer, 327 milyon avro xərc

  Türkiyə Superliqasında yay transfer pəncərəsi hərəkətli keçib. Bu il də bir neçə ulduz oyunçu qonşu ölkənin liqasına üz tutub. Xüsusən, "Qalatasaray" və "Fənə...

46 İdman 21:57 07 sentyabr 2025

Son xəbərlər