Kadi "Qarabağ"dan gedir?
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın yarımmüdafiəçisi Kadinin növbəti mövsümə harada başlayacağı bəlli olub.
BAKU.WS Fanat.az-a istinadən xəbər verir ki, Polşa, Kipr və Portuqaliya klublarının transfer siyahısında olan 29 yaşlı braziliyalı iş yerini dəyişməkdə maraqlı deyil.
Ağır zədə səbəbindən cari "futbol ili"ndə müəyyən müddət komandasına kömək edə bilməyən orta xətt oyunçusu məhz Qurban Qurbanovun rəhbərliyi altında oynamaq, yenidən əvvəlki səviyyəsinə qayıtmaq istəyir.
Kadinin "Qarabağ"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Bu mövsüm "köhlənlər"in forması ilə bütün turnirlərdə 28 matça çıxan cənubi amerikalı üç qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Neftçi" "Kəpəz"ə qalib gəlib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, turun ikinci qarşılaşmasında "Neftçi" doğma meydanda...