Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq
06
noy
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Çelsi" ilə oyunda zədələnən yarımmüdafiəçimiz Kadi Borges oyundan dərhal sonra klubumuzun tərəfdaşı olan "Liv Bona Dea Hospital"da müayinədən keçib.
BAKU.WS xəbər verir ki, bu barədə komanda məlumat yayıb.
Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
Oxşar xəbərlər
"Neftçi" "Kəpəz"ə qalib gəlib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, turun ikinci qarşılaşmasında "Neftçi" doğma meydanda...