İtaliyadan "Qalatasaray"a transfer siqnalı: Hakan Çalhanoğlu qərarını verə bilər

İtaliyadan Qalatasaraya transfer siqnalı: Hakan Çalhanoğlu qərarını verə bilər
İdman 24

"Inter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı qərar verəcək.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçunun 2027-ci ildə başa çatacaq müqaviləsini uzatmaq niyyətindədir.

Lakin Hakan Çalhanoğlunun özünün karyerasını Türkiyədə davam etdirmək və "Galatasaray" klubuna transfer olmaq istədiyi bildirilir.

İddialara görə, "Inter" rəhbərliyi futbolçunun müqavilə müddəti bitənə qədər komandada qalmasını istəyir. Baş məşqçi Çivu da Çalhanoğlunun heyətdə saxlanılmasının tərəfdarıdır.

İtaliyanın "La Gazzetta dello Sport" nəşrinin yazdığına görə, Türkiyə millisinin futbolçusu ailə köklərini nəzərə alaraq "Qalatasaray" variantına müsbət yanaşır.

Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı yekun qərarı isə yay transfer dönəmində verməsi gözlənilir.

Son xəbərlər