İki boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin iki boksçusu 1/4 finala yüksəlib.
BAKU.WS Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Əli Əliyev (50 kq) və Banuçiçək Nəsirli (48 kq) bu mərhələyə vəsiqə qazanıblar.
Ə.Əliyev ikinci döyüşündə slovakiyalı Adrian Zameçiki 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, avqustun 18-də keçiriləcək 1/4 final matçında irlandiyalı Kristian Jubani ilə qarşılaşacaq.
B.Nəsirli isə ilk görüşündə yunanıstanlı Angeliki Petroula Sduqaya üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, avqustun 17-də 1/4 final çərçivəsində polşalı Katarjina Qornisieviçlə mübarizə aparacaq.
Qalereya
Oxşar xəbərlər
Lamin Yamal "Sabah"la oyunu buraxacaq
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununu buraxacaq. BAKU.WS xəbər verir ki,...