Şəhriyar Məmmədyarov 4-cü oldu - 75 min dollar qazandı (SİYAHI)
28
avq
2018
11:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirində 4-cü yeri tutub. BAKU.WS xəbər verir ki, təmsilçimiz nüfuzlu turnirdə son turda hindistanlı Vişvanatan Anandla qarşılaşıb və partiya heç-heçə başa çatıb. Şəhriyar bu heç-heçə ilə xallarının sayını 5-ə çatdırıb və "Sinquefield Cup" turnirini 4-cü yerdə başa vurub.Turnirin qalibi ABŞ-dan olan Fabiano Karuana, ikinci yer erməni Levon Aronyan, üçüncü yeri isə hazırkı dünya çempionu Maqnus Karlsen olub.Şahmatçıların son iştirak etdikləri 4 yarışda qazandıqları ümümi qazanc da açıqlanıb. Nəticələrə uyğun olaraq ən çox vəsaiti Hikaru Nakamura qazanıb (105 min dollar). Şəhriyarın yarışlardan ümumi qazancı isə cəmi 75 min dollar olub. O bu göstərici ilə onluqda ən az qazanan şahmatçılar sırasında yer alıb. AbbasBAKU.WS
Oxşar xəbərlər
Şəhriyar 25 günə turnirlərdən 100 mindən çox pul qazanıb
Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovun qalmaqallı statusundan sonra böyük müzakirələr başlayıb. BAKU.WS-in məlumatına görə, Şəhri...