Həyat yoldaşı ilə qucaqlaşdığı videoya mənfi rəy yazanları məhkəməyə verdi

"Fənərbağça"nın yeni transferi Kerem Aktürkoğlu İstanbula gələrkən onu qarşılayanlar arasında həyat yoldaşı Ceren Aktürkoğlu da yer alıb.
BAKU.WS xəbər verir ki, cütlüyün qucaqlaşması sosial şəbəkələrdə viral olub. Bəzi istifadəçilər paylaşıma mənfi, söyüş və təhqir dolu rəylər yazıb, bu da futbolçunu bir xeyli qəzəbləndirib.
Nəticədə Kerem Aktürkoğlu həmin rəyləri yazan şəxsləri məhkəməyə verib.
Futbolçunun vəkili bildirib ki, Ceren Aktürkoğlu haqqında söylənən təhqiramiz fikirlərə görə maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət olunub. Keremin bu məsələdə güzəştə getməyəcəyi və prosesləri yaxından izləyəcəkləri bildirilib.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxaq turnirdə ilk yarımfinalçılar müəyyənləşib
Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxaq turnirdə ilk yarımfinalçılar müəyyənləşib. BAKU.WS "Report"a istinadən xəbər veri...
