Hakimə təpik atan baş məşqçiyə böyük cəza verildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Xəzər Lənkəran”ın U-17 komandasının baş məşqçisi Ağadadaş Həmidov cəzalandırılıb.
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, AFFA-nın İntizam Komitəsi bugünkü iclasında məşqçinin U-17 Liqasının oyunu zamanı yol verdiyi hərəkəti müzakirə edib.
Həmidov “Xəzər Lənkəran”-“Qarabağ” oyununun 87-ci dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olan çalışdırıcı köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. AFFA hakimi təpikləyən məşqçini 20 oyun cəzalandırıb.
Oxşar xəbərlər
AFFA futbolçuları cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turunda baş verə...