Gəncə İdman Sarayında yeni cüdo zalı fəaliyyətə başlayıb
Gəncə İdman Sarayında yeni cüdo zalı fəaliyyətə başlayıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.
Tədbirdə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, Olimpiya mükafatçısı, ACF İcraiyyə Komitəsinin üzvü Mövlud Mirəliyev, dünya çempionu, ACF İcraiyyə Komitəsinin üzvü Elxan Məmmədov və digər rəsmilər iştirak ediblər.
Müasir standartlara cavab verən tatamilərlə təchiz olunan zalın ümumi ölçüsü 483 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 300-dən çox idmançı cüdo ilə məşğul ola biləcək.
Qeyd edək ki, 2022–2025-ci illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 179 idman zalına ümumilikdə 13200 tatami paylanılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elşad Quliyev...