Futzal üzrə Azərbaycan kuboku ləğv olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Futzal Federasiyasının (AFF) iclası keçirilib.
AFF-dan BAKU.WS-ə saytına verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar martda yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul olunub.
Qərara alınıb ki, Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunsun.
Yüksək Liqa ilə bağlı məsələyə isə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, növbəti həftələrdə baxılacaq.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...