"Formula 1" Çin Qran Prisindən sonra "Ferrari"nin iki sürücüsü diskvalifikasiya edilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Formula 1" avtomobil yarışları üzrə dünya çempionatının Çin Qran Prisi mərhələsində yarışın nəticələrinə görə "Ferrari"nin sürücüsü olan britaniyalı Lyuis Hemilton və monakolu Şarl Lekler diskvalifikasiya ediliblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.
Lekler avtomobilin çəkisinin uyğun olmadığına görə, Xemilton isə sürüşmə taxtasının həddindən artıq aşınması üçün yarışdan kənarlaşdırılıb.
Həmçinin fransız pilot Pyer Qasli də avtomobilinin çəkisinin adekvat olmamasına görə diskvalifikasiya edilib.
Lekler 5-ci, Hamilton 6-cı, Qasli 11-ci yeri tutub. Yarış bazar günü baş tutub və qalib "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri olub.
Oxşar xəbərlər
"Neftçi" "Kəpəz"ə qalib gəlib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, turun ikinci qarşılaşmasında "Neftçi" doğma meydanda...