Azərbaycan Qran-prisi: "Ferrari" pilotu ikinci sərbəst yürüşdə birinci olub

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Ferrari" pilotu Lyuis Hemilton ən yaxşı nəticəni göstərib.
Onun komanda yoldaşı Şarl Lekler ikinci, "Mercedes"dən Corc Russell üçüncü olub.
Daha əvvəl ilk sərbəst yürüşdə "Maklaren" pilotu Lando Norris birinci sırada qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***16:19
Bakıda təşkil edilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.
Bu gün keçirilən ilk test yürüşündə "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan idmançısı erməni güləşçi Artur Aleksanyanı məğlub edib
Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev tarixi uğura imza atıb. BAKU.WS "Apasport.az"a istinaən xəbər...
