FİFA Rusiyanın iki klubuna sanksiya tətbiq etdi
Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiya Premyer Liqasının (RPL) iki klubuna transfer qadağası tətbiq edib.
BAKU.WS xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yerləşdirilib.
Qadağa 14 və 15 noyabr tarixlərindən etibarən qüvvəyə minib və üç transfer pəncərəsini əhatə edəcək. Məhdudiyyətlər 2026-cı ilin yayına qədər davam edəcək.
Hazırda Rusiya çempionatının turnir cədvəlində ÇSKA 17 turdan sonra 28 xalla altıncı pillədə qərarlaşıb. "Ximki" isə 16 xalla 13-cü yerdədir.
FİFA və UEFA-nın sanksiyaları səbəbindən Rusiya yığmaları və klubları bir neçə böyük beynəlxalq turniri buraxıb. Bu turnirlər arasında 2022-ci ildə Qətərdə keçirilən Dünya çempionatı və 2024-cü ildə Almaniyada təşkil olunan Avropa çempionatı da var. Hazırda komandalar yalnız yoldaşlıq görüşləri keçirirlər.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən "Azerbaijan Open" beynəlx...