FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb
Yeniliklərdən dərhal xəbərdar olun
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək
F. Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) – "Mgar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.
Fəridə Lütfəliyeva "Flora" – "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.
Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Əliyar Ağay...