FIFA-dan geri addım: "Neftçi"nin transfer qadağası ləğv edildi
"Neftçi" futbol klubuna FIFA tərəfindən tətbiq edilmiş transfer qadağası geri götürülüb.
BAKU.WS xəbər verir ki, klubdan verilən məlumata görə, qadağanın qoyulmasına texniki səhv səbəb olub.
Artıq problem tamamilə həll edilib və qadağanı əks etdirən məlumat FIFA-nın rəsmi saytından silinib. Bununla da paytaxt təmsilçisinin heyətinə yeni oyunçular qatması üçün heç bir hüquqi maneə qalmayıb.
Xatırladaq ki, bir müddət əvvəl FIFA-nın rəsmi portalında "Neftçi"nin adı transfer qadağası qoyulan klublar siyahısında yer almışdı. Klub rəhbərliyi məsələnin qısa zamanda həll olunacağını bildirmişdi.
Oxşar xəbərlər
AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı
AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. BAKU.WS xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yar...