“Fənərbaxça” qapıçı aldı - Bu gün İstanbula gəlir

“Fənərbaxça” qapıçı aldı - Bu gün İstanbula gəlir
İdman 5

Uzun müddətdir qapıçı axtarışında olan “Fənərbaxça” Zaqreb “Dinamo”sunda çıxış edən Dominik Livakoviçin transferini açıqlayıb.

BAKU.WS xəbər verir ki, cümə axşamı (bu gün) özəl təyyarə Zaqrebdən Türkiyə vaxtı ilə saat 11.30-da havaya qalxacaq və saat 13.30-da İstanbula çatacaq.

Fənərbaxça bu təyyarə ilə Dominik Livakoviçi İstanbula gətirməyi hədəfləyir.

"Fənər" Dominik Livakoviç üçün Zaqreb "Dinamo"suna 9+1 milyon avro ödəyəcək. Sarı-göylü komanda xorvatiyalı qapıçı ilə 4+1 illik müqavilə imzalayacaq. Livakoviç ildə 2 milyon avro qazanacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər