“Fənərbağça” 4 il sonra ilk dəfə - VİDEO
20
avq
2019
10:28
Türkiyə Superliqasında 1-ci tura yekun vurulub.BAKU.WS xəbər verir ki, turun son matçında “Fənərbağça” öz meydanında “Qazişəhər”lə qarşılaşıb.“Sarı-lacivərdlilər” rəqibini “qol yağışı”na tutub və matçdan 5:0 hesabı ilə qalib ayrılıb.“Qalatasaray”, “Beşiktaş”, “Başakşəhər” kimi çempionluğa namizəd klubların məğlub olduğu turda “Fənərbağça” böyük hesabla qələbə qazanaraq liderliyi ələ keçirib. Bununla da “Fənərbağça” 123 həftə - yəni 4 mövsüm sonra liderliklə tanış olub. “Sarı-lacirvərdlilər” sonuncu dəfə 30 noyabr 2015-ci ildə 2015/2016 mövsümünün 13-cü həftəsində ilk pillədə olmuşdu.“Fənərbağça” - “Qazişəhər” - 5:0Qollar: Mozes, 6-pen. Muriç, 17. Əmrə, 24-pen. Dirar, 74. Kadioğlu, 88.Penaltini qaçırdı: Mozes, 13
Oxşar xəbərlər
"Fənərbağça" yeni mövsümə darmadağınla başladı - FOTO
Avqustun 19-da futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümündə ilk turun sonuncu oyunu keçirilib.BAKU.WS xəbər verir ki, ötən mövsümün altıncıs...