"Fənərbağça" ilə "Əl-Nəsr" Taliskaya görə razılığa gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yarımmüdafiəçisi Anderson Taliska 2025-ci ilin yayına qədər icarə əsasında Türkiyənin "Fənərbağça" klubuna keçəcək.
BAKU.WS xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.
Qeyd olunur ki, Səudiyyə klubu futbolçunun maaşının bir hissəsini ödəyəcək.
Braziliyalı 2021-ci ildən "Əl-Nəsr"də çıxış edir və buraya "Benfika"dan 8 milyon avroya transfer olunub.
Səudiyyə Ərəbistanı çempionatında Taliska 23 matçda iştirak edib, o, 14 qol vurub və iki məhsuldar ötürmə verib.
"Transfermarkt" internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.
Oxşar xəbərlər
"Neftçi" "Kəpəz"ə qalib gəlib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, turun ikinci qarşılaşmasında "Neftçi" doğma meydanda...