EYOF: Azərbaycan liderliyi əldən verib
24
iyl
2019
23:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının dördüncü günü başa çatıb.BAKU.WS xəbər verir ki, Azərbaycan yığması günü 3 medalla başa vurub. İdmançılarımız 1 qızıl və 2 bürünc əldə ediblər. Hər üç mükafat cüdoçuların hesabındadır.Bunadək yığmamızın heyətində yalnız güləşçilər fərqlənmişdilər. Yarışın dörd günündən sonra millimizin medal sayı 19-a çatıb. Bunlardan 9-u qızıl, 5-i gümüş, 5-i bürüncdür.İlk üç günü zirvədə başa vuran Azərbaycan 1-ci pilləni əldən verib. Rusiya yığması qızıl medal sayını 13-ə, ümumi mükafatlarını isə 32-yə çatdıraraq 1-ci pilləyə yüksəlib. 3-cü yeri isə Türkiyə ələ keçirib.Ümumilikdə, 4 gün ərzində 57 dəst medal sahibini tapıb. Bu mükafatları 32 ölkə təmsilçisi qazanıb. Çempionların şərəfinə 17 ölkənin himni səsləndirilib.
Oxşar xəbərlər
EYOF: Cüdoçularımız ilk günü bir qızıl, iki bürünc medalla başa vurub
Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.BAKU.WS-in məlumatına görə, 60 kq...