EYOF: Azərbaycan güləşçiləri yarışı 8 qızıl, 5 gümüş, 3 bürünc medalla başa vurublar

23
iyl
2019
19:35
Azərbaycan güləşçiləri Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalını (EYOF) 16 medalla başa vurublar.BAKU.WS-in məlumatına görə, bunlardan 8-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır.Sonuncu - 3-cü yarış günündə yunan-Roma güləşçilərindən Elmir Əliyev (51 kq) ilə Xasay Həsənli (65 kq) qızıl, qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) gümüş, Nigar Mirzəzadə (65 kq) bürünc medal əldə edib. Sərbəst güləşçilərdən Kənan Heybətov (51 kq) və Cəbrayıl Hacıyev (65 kq) qızıl medala sahib olub.Qeyd edək ki, daha öncə yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbаnov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.
Oxşar xəbərlər
EYOF: Daha bir güləşçimiz qızıl medal qazandı
Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov iyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarında qızıl medal qazanıb.BAKU.WS-in məlumatına...
