EYOF: Azərbaycan zirvədəki mövqeyini qoruyub

EYOF: Azərbaycan zirvədəki mövqeyini qoruyub
İdman 593
Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 10 dəst medal sahibini tapıb.Azərbaycan millisi günü 6 mükafatla başa vurub. Güləşçilərimiz hesablarına 2 qızıl, 3 gümüş və 1 bürünc medal əlavə ediblər. Bununla da yığmanın aktivindəki medal sayı 10 çatıb. Komandamız 4 qızıl, 4 gümüş və 2 bürüncə sahibdir.Bu göstərici yığmamıza festivalın iki günündən sonra medal siyahısına başçılıq etmək imkanı verib. Bir gün öncə də zirvədə qərarlaşan Azərbaycan mövqeyini qoruyub.Qazanılan qızıl medalların sayını 3-ə çatdıran İtaliya 2-ci sırada yer alıb. Rusiya isə cədvəlin üçüncüsüdür.Ümumilikdə 14 dəst medal oynanılıb ki, idmançılar 52 mükafata sahib çıxıblar. Bu medallara 16 ölkə təmsilçiləri yiyələnib. Bunlardan yarısı – 8 yığma üzvləri çempionluq sevinci yaşayıblar.

Oxşar xəbərlər

Son xəbərlər