EYOF: Cüdoçularımız ilk günü bir qızıl, iki bürünc medalla başa vurub

24
iyl
2019
19:49
Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.BAKU.WS-in məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Rizvan Maqomadovla üz-üzə gəlib.Qarşılaşmadan qalib ayrılan R.Bayramov qızıl medal qazanıb.55 kq-da yarışan Şükran Zamanlı bürünc medal uğrunda görüşdə ukraynalı Vladislav Kolobova qalib gələrək medalçılar sırasına düşə bilib.Qadınların mübarizəsində isə Gülşən Bəşirova (44 kq) bürünc medal qarşılaşmasında hollandiyalı Joşlin Supusepanı məğlub edib. 48 kq-dakı Səbinə Əliyeva bürünc medal görüşündə belçikalı Selin Diriksə uduzub.
Oxşar xəbərlər
Medal qazanan qız güləşçimiz: Anamı məyus edə bilməzdim
Çox sevinirəm ki, bürünc medal qazandım. Ancaq yarışda məqsədim bu deyildi. Hədəfim qızıl medal qazanmaq idi.Bu gün Bakıda keçirilən Avropa Gənclər Olimpiya Fes...
