Azərbaycan karateçisi II Avropa Oyunlarında bürünc medal qazandı

29
iyn
2019
17:43
Azərbaycan karateçisi Roman Heydərov "Minsk-2019" II Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.BAKU.WS xəbər verir ki, kata nüvündə mübarizə aparan idmançı Almaniya təmsilçisi İlya Smorgunerlə üz-üzə gəlib.Dueldən qalib ayrılan (25.46 - 24.54) Azərbaycan təmsilçisi Avropa Oyunlarının bürünc medalını qazanıb.Azərbaycanın qadın karateçisi İrina Zaretska isə yarımfinal görüşünə çıxıb.68 kq çəki dərəcəsində yer alan idmançı ukraynalı Halina Melnyukla qarşılaşıb.Görüşdən qalib ayrılan Azərbaycan təmsilçisi finala yüksəlib - 1:0.Qeyd edək ki, hazırda Azərbaycan yığmasının aktivində 3 qızıl, 6 gümüş və 12 bürünc medal var.
Qalereya
Oxşar xəbərlər
Qadın güləşçilərimizdən daha iki medal
Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova "Minsk 2019" II Avropa Oyunlarında final gürüşünə çıxıb.BAKU.WS-in məlumatına görə, 62 kq çəki dərəcəsind...
