Emin Əmrullayev legioner limitinin ləğvini müsbət addım adlandırıb
![Emin Əmrullayev legioner limitinin ləğvini müsbət addım adlandırıb](https://baku.ws/storage/photos/uploads/thumbs/large/jVyjhTKkms0MC1caCKK8rGhwUJNjXzA98O17jJP9.webp)
"Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev 2025/26 mövsümündə Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına münasibət bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, bu barədə "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə danışıb.
E.Əmrullayev proqnoz verməyin çətin olduğunu söyləyib:
"Gərək əvvəl nəticələri görək. Legioner limitinin ləğvi liqanın rəqabətli olmasına və çempionatın səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Yerli futbolçular limitin tətbiqində rahat olurlar. Hər halda, bunu müsbət qərar kimi görürəm. Amma nəticələri birlikdə görəcəyik. Azərbaycan Basketbol Liqasını nümunə gətirmək istəyirəm. Oyunun keyfiyyəti qalxıb".
Qeyd edək ki, "Neftçi" PFK ilə "International Holding Company"yə (IHC) məxsus olan "Palms Sports" arasında bu gün beşillik sponsorluq müqaviləsi imzalanıb.
Xatırladaq ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/26 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün böyük məbləğdə rüsum tətbiq olunub.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"ın yeni transferi: "Yüksək yerlər uğrunda mübarizə aparan klubun üzvü olmaq xoşdur"
Yüksək yerlər uğrunda oynayan komandanın üzvü olmaq xoşdur. "Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yeni transferi Əyyub Allaş deyib. Mərakeş əsilli bel...
![](/images/banners/placeholder_home_right_az.jpg)