Elnur Əşrəfoğlu "Qarabağ" - "Kayrat" oyunundan əvvəl belə anıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi "Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl anılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub.
Qeyd edək ki, "Qarabağ" - "Kayrat" oyunu bu gün saat 20:45-də başlanacaq.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" səfər oyununa qalibiyyətlə yollanır - YENİLƏNİB
UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gələn "Qarabağ" və Şotlandiyanın "Aberdin" klublarının oyunu başa çatıb. BAKU.WS xəbər verir ki, oyun köhlə...