Edin Dzeko “Fənərbağça”dan gedir
29
iyn
2024
11:55
Edin Dzeko “Fənərbağça”dan ayrılır.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sarı-göylü komandanın ulduzu Xorvatiyanın “Hajduk Split” komandasının baş məşqçisi Gennaro Qattuzo və idman direktoru Nikola Kaliniçin təklifini qəbul edib.
Məlumata görə, Dzeko Xorvatiya komandasına transfer olunmaq üçün bütün şərtləri qəbul edib.
Xorvat klubu bosniyalı ulduzla 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Dzeko ötən mövsüm “Fənərbağça”da 25 qol və 10 asistlə yadda qalıb.
Oxşar xəbərlər
Dzeko Mourinyo ilə görüşüb qərar verdi - FOTO
"Fənərbağça"nın ulduzu Edin Dzeko Joze Mourinyo ilə görüşüb. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bosniyalı futbolçu daha 1 il İstanbul nəhəngind...