Eden Azar özünə klub axtarır

Eden Azar özünə klub axtarır
İdman 3

Son olaraq "Real Madrid"də çıxış edən və hazırda azad agent olan Eden Azar hələ də özünə klub tapmayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "İnter Mayami"nin təklifini rədd etdikdən sonra o, həm də "RVD Molenbeek"ə mənfi cavab verib.

Ulduz futbolçuya başqa təkliflərin gəlmədiyi qeyd edilib.

Klub tapa bilməsə Eden Azar futbolçu karyerasını başa vura bilər.

Qeyd edək ki, belçikalı yarımmüdafiəçi karyerası ərzində 623 matça çıxan 32 yaşlı ulduz 167 qol vurub, 157 məhsuldar ötürmə edib.

Azar "Tubize", "Lille", "Çelsi" və "Real Madrid" klublarında forma geyinib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər