Dursun Özbək: "Bütün dünyada rüsvay olduq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray" klubunun prezidenti Dursun Özbək qalmaqallı Super kubok qarşılaşmasından sonra fikirlərini bildirib.
BAKU.WS Fanatik-ə istinadən xəbər verir ki, klub prezidenti bütün dünyaya rəzil olduqlarını deyib: "Mən belə vəziyyət gözləmirdim. Biz absurdla üz-üzə qaldıq. Bizim Urfa kimi gözəl bir şəhərdə bu derbi qarşılaşmasından zövq almaq imkanımız var idi. Onlar Super kubok uğrunda qarşılaşmanı bir dəqiqə ərzində yekunlaşdırdılar. Biz bütün dünya qarşısında xəcalət hissi keçirdik. "Qalatasaray"la "Fənərbağça"nın missiyası insanları futbolu sevməyi təşviq etmək olmalıdır. U19-un uşaqlarına heçmi yazığınız gəlmədi? Bu rüsvayçılıq deyilmi?".
Qeyd edək ki, ötən gecə Türkiyə Super kuboku uğrunda qarşılaşmada "Qalatasaray"la "Fənərbağça" qarşılaşıb. Matçın 1-ci dəqiqəsində Maura İkardi "sarı-qırmızılar"ı hesabda önə keçirib. Qoldan sonra "Fənərbağça" futbolçuları oyunu boykot ediblər.
Oxşar xəbərlər
Futbol tarixinin ən yaxşı 30 stadionu - FOTO
Futbol klublarının məbədi olan stadionlar futbolun ən mühüm komponentlərindəndir. Klubların evi olan, tribunaların coşqunun meydanda əks olunduğu bu stadionlar...