Dünya və Avropa çempionu Rafiq Hüseynova vəzifə verildi
12
sen
2025
19:19
Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov Azərbaycan Güləş Federasiyasında (AGF) koordinator təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə AGF-nin Mətbuat Xidmətindən məlumat verilib.
AGF ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə ona təşəkkürünü bildirib.
Rafiq Hüseynov bundan sonra AGF-də yunan-Roma güləşi üzrə koordinator vəzifəsini yerinə yetirəcək.
Oxşar xəbərlər
Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. BAKU.WS xəbər ve...