Dünya çempionatı: Alfonso Dominges 1/8 finala vəsiqə qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə qarşılaşıb.
İlk raundda rəqibini 2 dəfə noqdauna salan Kuba əsilli idmançı yekunda 5:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
Qeyd edək ki, bunadək Azərbaycan boksçularından Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə uduzaraq yarışla vidalaşıblar.
Oxşar xəbərlər
Azərbaycan boksçusu dünya çempionatında erməniyə rəqib oldu
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb. Boks Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, m...