Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırıb

Azərbaycan boksçusu Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, 63 kq çəki dərəcəsində yer alan 2013-cü ilin dünya çempionu 1/8 finalda Ermənistan təmsilçisi, Avropa çempionu və Minsk-2019 II Avropa Oyunlarının qalibi Ovanes Baçkovla üz-üzə gəlib. İlk raundda fəal təsir bağışlayan Çələbiyev rəqibinə ardıcıl zərbələr endirib. Bunun nəticəsində 29 yaşlı idmançı fasiləyə 4:1 hesablı üstünlüklə çıxıb.
İkinci raundda Baçkov vəziyyəti bərabərləşdirməyə çalışıb. Bunun nəticəsində 5 hakimin hamısı onun üstünlüyünü qeydə alıb.
Üçüncü raundda Çələbiyev yorğun təsir bağışlayıb. Zərbələrin intensivliyinin azaldığı hissənin qalibi Ermənistan təmsilçisi olub - 4:1.
Beləliklə, Azərbaycan boksçusu 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Cavid Çələbiyev Azərbaycanın Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçusu olub. Daha əvvəl Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də Oyunlarla vidalaşıb. Yalnız Alfonso Dominges (81 kq) yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medalı təmin edib.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...
