İdmançımız sensasiya edərək Dünya Oyunlarının qalibi oldu

İdmançımız sensasiya edərək Dünya Oyunlarının qalibi oldu
İdman 1819
 

Karateçimiz Firdovsi Fərzəliyev Dünya Oyunları turnirində sensasiya edib.

BAKU.WS-in məlumatına görə, F.Fərzəliyev (60 kq) Emad Əlmaliki (Səudiyyə Ərəbistanı), Geofri Berens (Hollandiya) və Matias Qarsia Qomesə (İspaniya) qalib gələrək, yarımfinala yüksəlib.

Həmyerlimiz tanınmış braziliyalı idmançı Duqlas Santos Brosu 5:0 hesabıyla məğlub edərək finala adlayıb. Həlledici görüşdə dünya reytinqinin birincisi, iranlı Əmir Mehdizadəni 4:2 üstələyən karateçimiz qızıl medalı boynundan asıb. Dünya Karate Federasiyasının saytı yazıb ki, Firdovsi Fərzəliev turnirin sensasiyasını edərək çempion olub. 

Bu nəticə ilə Azərbaycan Dünya Oyunlarının karate yarışlarında ilk gün 12 medal qazanan ölkələr arasında Yaponiya və Fransa ilə birgə liderliyi bölüşür.

İman

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər