İddiaçılar Turniri: Teymur Rəcəbov heç-heçə ilə başlaydı

17
iyn
2022
23:14
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk görüşünü keçirib.
35 yaşlı qrossmeyster I turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb.
Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə heç-heçə ilə barışmalı olub.
Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.
Oxşar xəbərlər
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adladı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirib. BAKU.WS "Report"a is...
