DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.
BAKU.WS xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.
Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç "Əl Bayt" stadionunda oynanılacaq.
Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.
DÇ-2022
Yarımfinal
14 dekabr
23:00. Fransa - Mərakeş
Baş hakim: Sezar Ramos
Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib. Yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledi...